İmtahan həyəcanı

Hər kəs həyatında bir dəfə də olsa imtahanla qarşılaşır. Odur ki, imtahan həyəcanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, həyəcan bir o qədər çoxdur. Ali məktəblərə qəbul imtahanı kimi həyatımızda çox böyük əhəmiyyət kəsb edən imtahan isə xüsusilə daha çox həyəcan doğurur. Şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq məqsədilə məktəbin psixoloqları IX və XI sinif şagirdləri ilə dəyirmi masa təşkil edərək onlara imtahan həyəcanının  aradan qaldırılma yollarından danışıb.

 Bildiriblər ki, qəbul imtahanları yaxınlaşdıqca gərginlik daha da artır. Əgər imtahan verməyə hazırlaşan abituriyent özünə inamlı deyilsə, həyəcanlanırsa, bu, ona biliyini toplamağa, diqqətini mərkəzləşdirməyə mane olur.  Buna görə də imtahana qədər olan vaxtda özünə inam hissini və enerjini itirməmək üçün əvvəlcə sakitləşmək, imtahanın uğurlu keçəcəyinə özünü yönəltmək, küyə düşməmək çox vacibdir. Bunun üçün şagirdlərə tövsiyyələr verilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi