“Mülki müdafiə sahəsində innovativ texnologiyalar”

Martın 1-i Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəbin müəllimləri Arzu Dadaşova, Zümrüd Ağayeva, Könül Aslanova, Səadət İsmayılova və Zülfiyyə Hacıyeva “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda dərs keçirib.

Dərsin keçirilməsində əsas məqsəd şagirdlərə mülki müdafiə sahəsində innovativ texnologiyalardan istifadənin vacibliyi və bu texnologiyaların tətbiqi ilə bağlı yerinə yetiriləcək tədbirlər barədə ətraflı məlumat verməkdən ibarət olub.

Şagirdlərə mülki müdafiədə peyk texnologiyalarının tətbiqindən danışılıb. Onların hazırladıqları təqdimatlar dinlənib, sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi