Xocalı soyqırımı

Xocalı qətliamından 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Artıq Qarabağ azaddır. Xocalıya, digər azad olunmuş ərazilərimizə həyat qayıdır. 44 günlük müharibədə xalqımız Zəfər qazanmaqla Xocalı soyqırımı qurbanlarının ruhunu şad etdi. Xocalını azad görmək bizə də qismət oldu. Xocalı torpaqları əsl sahiblərinə qayıdıb. Bu yerlərə yenidən həyat qayıdır, xocalılar bundan sonra öz doğma el-obalarında yaşayacaqlar. Amma Xocalı soyqırımı hər zaman hafizələrdə qalacaq.

Fevralın 26-da məktəbin UBTR-i Sevinc Əmiraslanovanın təşkilatçılığı ilə “Xocalı soyqırımı”-na həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və Xocalı şəhidlərinin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə “əsrin faciəsininin” reallıqlarını əks etdirən videoçarx nümayiş olunub, Xocalıya həsr olunmuş rəsmlər sərgilənib. Bundan başqa şagirdlər Xocalı faciəsinə aid səhnəciklər göstərib, şerlər söyləyib, musiqi ifa ediblər.

Allah soyqırım qurbanlarına və bütün şəhidlərimizə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi