Xocalı faciəsinə həsr olunmuş dərslər

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu gün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı soyqırımını törətdiyi gündür.

Xocalı faciəsini unutdurmamaq məqsədilə məktəbdə bu mövzuya həsr olunan dərslər keçirilib. Dərs deyən müəllimlər faciə haqqında ətraflı məlumat verib, bilidiriblər ki, Xocalı soyqırımı iki yüz ildən artıq müddətdə erməni millətçi qəsbkarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Xocalı indi azaddır, bir vaxtlar erməni işğalçılarının qanlı çəkmələrinin tapdaladığı o torpaqlar əsl sahiblərinə qayıdıb. Bu yerlərə yenidən həyat qayıdır, xocalılar bundan sonra öz doğma el-obalarında yaşayacaqlar. Amma Xocalı soyqırımı hər zaman hafizələrdə qalacaq. Çünki o, hər zaman bizimlə yaşayacaq bir ağrıdır.

Dərz zamanı şagirdlərin hazırladıqları təqdimatlar dinlənib, onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi