Düşünən şagird

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılma mərasimində çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Mehriban Vəliyeva müsabiqədə qalib gələn bütün iştirakçıları təbrik edib. Mütaliənin faydalarından bəhs edən M.Vəliyeva cəmiyyətə sağlam şəkildə adaptasiya olmağın, sosial münasibətlərdə uğur qazanmağın, qərar qəbuletmə və dinləmə bacarığının inkişafının məhz kitablardan keçdiyini diqqətə çatdırıb.

Daha sonra müsabiqədə I, II və III yerə layiq görülən şagirdlərə diplomlar təqdim olunub.

Mükafatlandırmada iştirak edən məktəbin iki şagirdi də qaliblər sırasında olub. Məktəbin IX b sinif şagirdi Qönçə Qismətli "Balaca fidan" mövzusunda II YER, X ç sinif şagirdi Hüseyn Əlizadə "Əsir" mövzusunda TƏŞƏKKÜRNAMƏYƏ layiq görülüb.

Hər iki şagirdimizi təbrik edir, təhsil uğurları arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi