Bullinq və onun qarşısının alınması

Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Bullinqin qurbanları təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər. Bullinqin qurbanları olmuş şagirdlər yaşlı həyatlarında da daha çox xəstələnir və psixoloji problemlərlə üzləşirlər. Belə halların qarşısını almaq məqsədi ilə şagirdləri kiçik məktəb yaşlarından məlumatlandırmaq olduqca vacibdir. Bu baxımdan məktəbin psixoloqları 21- 23 fevral 2024-cü il tarixlərində 4-cü siniflərlə "Bullinq" mövzusunda seminarlar keçirib.

Seminarda şagirdlərə bullinqin bütün növləri haqqında ətraflı məlumat verilib, bullinqlə üzləşən zaman hansı addımlar atılmalı olduğu qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi