Qohumlarası nikahların fəsadları

VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması üzrə maarifləndirmə işləri davam edir.

Fevralın 23-ü məktəb psixoloqları şagirdləri qohumlar arasında nikahın mənfi nəticələri haqqında məlumatlandırmaq məqsədilə “Qohumlarası nikahların fəsadları“ mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparıb.

İlk olaraq şagirdlərə gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi haqqında məlumat verilib. Bildirilib ki, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Qouhum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi