Ana dili günü

Fevralın 21-i məktəbin 2e, 2b, 4c və 4d siniflərində sinif təşkilat saatları ana dili gününə həsr edilib.

Müəllimlər şagirdlərə bu günün önəmi və mahiyyəti haqda danışıb. Bildiriblər ki, hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq.

Sonra şagirdlərin hazırladıqları təqdimatlar, şeirlər, musiqilər dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi