“Mənim ana dilim Azərbaycan dilidir”

 Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.

Fevralın 21-i məktəbin ibtidai siniflərində “Mənim ana dilim Azərbaycan dilidir” mövzusunda esse müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgisi və hörmətini, bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirməkdən ibarət olub. Esselər yoxlanıldıqdan sonra qaliblər elan olunacaq.

Şagirdlərimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi