21 Fevral- Beynəlxalq Ana Dili Günü

Fevralın 21-i məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fərqanə Tağıyevanın təşkilatçılığı ilə “Ana dili günü”-nə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova Bildirib ki, Dilin gözəlliyi onu işlədənlərdən, onların nitq bacarığından asılıdır. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.

Daha sonra şagirdlərin hazırladığı videoçarx nümayiş olunub, şeirlər səsləndirilib, rəqsə və səhnəciklərə tamşa olunub.

Biz Azərbaycan xalqı olaraq ünsiyyət vasitəmiz olan dilimizlə fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi