Reproduktiv sağlamlıq nədir?

Məktəbdə mütəmadi olaraq şagirdlər arasında gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işləri aparılır, seminarlar təşkil olunur.

Fevralın 19-u məktəbin həkimi Dilrubə Hüseynova və psixoloq Bənövşə Cabbarova şagirdlərlə “Reproduktiv sağlamlıq nədir?” mövzusunda söhbət aparıb.

Çıxış edən həkim bildirib ki, “Reproduktiv sağlamlıq” ümumi sağlamlığın vacib tərkib hissəsidir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir. O, Reproduktiv sağlamlıq haqqında geniş məlumat verib, qadın və kişi orqanizminin xüsusiyyətlərini şagirdlərə izah edib.

Daha sonra məktəbin psixoloqu zərərli vərdişlər haqqında da şagirdlərə ətraflı məlumat verib. Alkoqolozim, narkomaniya və siqaretin fəsadları haqqında danışıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi