"Karyera Maraqlari"

Peşəyönümü anlayışı “gənclərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarcasına inkişaf etməsinə yardım xidmətləri” kimi ifadə edilə bilər. Peşə seçimi uzunmüddətli prosesdir. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəklərini bilmirlər. Əksər hallarda bəzi gənclər çoxu bu çaşqınlıqla peşələrini seçir və nəticədə özlərini və ailələrini yanlış seçim ucbatından məyusluğa uğradırlar. Peşə seçiminin mürəkkəb və dinamikliyi bu prosesdə şagirdlərə köməyi zəruri edir.

Peşəyönümü xidmətinin səmərəli olması üçün məktəbin psixoloqları 9-cu sinif şagirdləri ilə "Karyera Maraqlari” adlı sorğu keçirib. Sorğunun nəticələri araşdırılacaq, peşə seçimində qərarsız qalan şagirdlərə lazımi dəstək göstəriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi