Şagirdlər arasında düzgün ünsiyyətin formalaşdırılması

Şagird-müəllim münasibəti, həmçinin məktəblilərin bir-biri ilə davranışı təlim-tədris prosesinin əsas tərkib hissəsidir. Bu münasibətlər şagirdlərin müəyyən mənada nailiyyətlərinin artması üçün də mühüm rol oynayır.

Şagirdlər arasında düzgün ünsiyyətin formalaşdırılması məqsədilə məktəbin 7e sinfinin sinif rəhbəri Vəfa Əhmədova  fevralın 16-da sinif təşkilat saatı keçirib.

İlk olaraq çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova məktəbdə tətbiq olunan şagird davranış qaydaları haqqında danışıb. O şagirdlərə qayda pozuntuları və onların səviyyələri haqqında məlumat verib. Eyni zamanda, vurğulayıb ki, şagirdlərə müsbət davranış qaydalarına görə  yaşıl kartlar da verilir.

Vəfa müəllimə şagirdlərə son günlər digər məktəblərdə məktəblilərin bir-birinə qarşı kobud rəftarının müşahidə edildiyini bildirib. Bu halın baş verməməsi üçün bilməliyik ki, hər bir şagird müxtəlif ailədən gəlir və hər bir ailənin mədəni fərqliliyi ola bilər. Buna görə də yoldaşlarımıza qarşı diqqətli olmalıyıq. Daha sonra şagirdlərə bir birləri ilə dostluq münasibəti qurmalarını məsləhət görüb və bunun faydalarını izah edib. Qeyd edib ki, dostluq insanlar arasında sevgi və səmimiyyətə söykənən qırılmaz münasibətlər məcmusudur.

Sonda şagirdlərin çıxışları dinlənilib, sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi