Kitab ən yaxın dostumuzdur
Kitab - ən təsirli tərbiyə vasitəsidir. O bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.
Məktəbin 5a sinfinin sinif rəhbəri Zümrüd Ağayeva və 4c sinfinin sinif rəhbəri Aynur Bağırova fevralın 14-nü “Beynəlxalq Kitab Bağışlama Günü”-nü şagirdləri ilə maraqlı şəkildə qeyd edib.
Şagirdlər bir birlərinə kitab hədiyyə edib. Bunun şagirdlərdə mütaliə mədəniyyətinin inkişafına, onların intellektual səviyyəsinin yüksəldilməsinə təsir edəcəyinə inanırıq.