Beynəlxalq Kitab Bağışlama Günü

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır, o ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir.

Dünyada və ölkəmizdə fevralın 14-nü “Beynəlxalq Kitab Bağışlama Günü” kimi qeyd olunur. Elə buna görə də məktəbdə fevralın 14-nü “Beynəlxalq Kitab Bağışlama Günü”-nə həsr olunmuş tədbir keçirilib.

Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, mütaliə insanlar üçün fasiləsiz artmaqda olan bir tələbatdır. İnsanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin artmasına təsir göstərən bir amil kimi mütaliə insanın dünyagörüşünü artırır və tədris, təhsil, tərbiyə ilə bir növ vəhdət təşkil edir.

Daha sonra məktəbin psixoloqu Bənövşə Cabbarova və kitabxana müdiri Nigar Süleymanovanın çıxışları dinlənilib.

Tədbirdə iştirak edən Vətən müharibəsinin şəhidi Kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova məktəbin kitabxanasına özünün müəllifi olduğu “Ruhən şəhid Ananın Nurlanmış xatirələri” adlı kitabını hədiyyə edib. Məktəbin müəllimi Lalə Quliyeva isə Tərtər döyüşlərində şəhid olan kəşfiyyatçı gizir Aydın Abdullayevin həyatından bəhs edən “Gözlə gələcəyəm” adlı kitabı məktəb kitabxanasına hədiyyə edib.

Sonda məktəbin direktoru nizam-intizamı, akademik nailiyyətləri, təhsildə uğurlu nəticələri ilə fərqlənən şagirdlərə və bir qisim müəllimlərə kitab hədiyyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi