V-VII sinif şagirdləri ilə görüş

Son günlər ümumi təhsil müəssisələrində təhlükəsizliklə bağlı təlimatların pozulması faktları təhsil mühitinə mənfi təsir edən halların baş verməsi “Şagird davranış qaydalarının” daha ciddi tətbiqini tələb edir və şagirdlərlə mütəmadi söhbətlər aparılmasının vacibliyindən xəbər verir. Bu məqsədlə fevralın 12-si məktəbin UBTR-i Sevinc Əmiraslanova V-VII siniflərin sinif nümayəndələri və adları davranış jurnalında qeyd olunan şagirdlərlə görüş keçirib.

Görüşdə şagirdlərə “Şagird davranış qaydaları” haqqında bir daha ətraflı məlumat verilib və düzgün davranış qaydalaraından bəhs edən sosial çarxlar nümayiş olunub.

Daha sonra məktəbin psixoloqu Bənövşə Cabbarova da bu haqda öz fikirlərini bölüşüb və şagirdlərə məsləhətlər verib.

Sonda sinif nümayəndələri ilə söhbət aparılıb, onların sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi