Qruplarla iş

Qruplarla iş şagirdləri birgə öyrənməyə təşviq edir. Bu metodun məktəblilər arasındakı əlaqələrə, onların sosial bacarıqlarına təsiri də danılmazdır. Qrupla iş hətta bəzi şagirdlərdə liderlik bacarığını da aşkara çıxarır. Qrup şəklində işləyə bilən şagirdlər fikirlərini daha rahat toplaya bilir, özünüifadə bacarıqlarında digər şagirdlərdən fərqlənirlər.

Məktəbin psixoloqu Bənövşə Cabbarova fevralın 12-də qrup daxilində şagirdlərin ünsiyyət, qarşıya qoyulmuş tapşırığın uğurla yerinə yetirilməsi üçün konstrukriv tərzdə və kollektiv şəraitdə işləmək bacarıqlarını inkişaf etdirmək məqsədilə 4b sinfində qrup işi təşkil edib. O, şagirdlərdə qrupun işinin təşkilinin, qrup daxilində gedən proseslərin, qrupda əlaqə və münasibətlərin öyrənilməsilə yanaşı qrupda uyğunlaşma prosesinə də baxıb. Qruplarda uyğunlaşma prosesi qrupun idarə olunmasında, qrup üzvlərinin münasibətlərində, qrupun işinin təşkilində mühüm rol oynayır.

Quruplarla iş digər siniflərdə də aparılacaq və şagirdlərdən qruplarda uyğunlaşma prosesində çətinlik çəkənlər müəyyənləşdirilib, onlarda bu problemin həlli istiqamətində iş aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi