Heydər Əliyev Mərkəzinə ekskursiya

Məktəbin 5d sinfinin sinif rəhbəri Bəyim Mənəfova şagirdləri ilə birlikdə Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Ekskursiya zamanı şagirdlərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, Muzey Ümummilli Liderin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib.

Şagirdlər muzeydə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi