Valideyn iclasları
Fevralın 3-ü məktəbin I-XI siniflərində valideyn iclası keçirilib.
İclasların keçirilməsində əsas məqsəd sinif rəhbərlərinin valideynləri sinifin şagirdlərin I yarımildə əldə etdikləri nəticələrlə, təlim-tərbiyə prosesindəki uğurlarla, ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış etmək, valideynlərlə birgə uşaqların təhsili və tərbiyəsinə aid problemlərin həlli yollarını axtarıb tapmaqdan ibarət olub.
İclaslarda iştirak edən məktəb rəhbərliyi və psixoloqlar son günlər ümumi təhsil müəssisələrində təhlükəsizliklə bağlı təlimatların pozulması faktları təhsil mühitinə mənfi təsir edən halların baş verməsi haqqında danışıb, bildiriblər ki, məktəbdə “Şagird davranış qaydaları” tətbiq olunur və bu haqda şagirdlərlə mütəmadi söhbətlər aparılır. Məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması üçün valideynlərində məktəbə dəstək olmasının vacibliyi vurğulanıb. Bundan başqa valideynlərə şagirdlərin təlim nəticələri, buraxılış siniflərdə keçirilən monitorinqlərin və DİM imtahanlarının qrafikləri haqqında məlumat verilib.