2 Fevral -Gənclər günü

Gənclik gözəllikdir, gücdür, ümiddir. Düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi, bacarığı daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər.

Bu günü qeyd etmək məqsədilə məktəbdə müxtəlif tədbirlər, idman yarışları və istedadlı şagirdlərlə görüşlər keçirilib.

Məktəbin direktoru Tünzalə Zeynalova gələcəyimizin qurucusu olan istedadlı şagirdlərlə görüşüb.

Hərbi rəhbər Samir Daşdəmirov “2 Fevral -Gənclər günü”-nə həsr etdiyi dərsdə çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır. Daha sonra şagirdləri silah, mina və digər döyüş ləvazimatları ilə tanış edib.

İdman müəllimləri Bəxtiyar Mirmövsümov volleybol yarışı, Məlahət Fətullayeva isə şagirdlər arasında şahmat yarışı təşkil edib.

Şagirdlərimizə uğurlu gələcək arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi