Zərərli vərdişlər: Siqaret çəkmək
Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında şagirdləri məlumatlandırmaq məqsədilə məktəb psixoloqları 8ç, 8c, 8d siniflərində qızlar və oğlanlarla ayrı-ayrılıqda söhbət aparıb.
Onlar şagirdlərə siqaretin sağlam, xəstə orqanizmlərə, qadınlara,uşaqlara necə təsir etməsi, ən çox hansı xəstəliklərə səbəb olması haqqında məlumat verib, bildiriblər ki, siqaret yaşından asılı olmayaraq hər bir şəxsə mənfi təsir göstərir və orqanizmdə bir çox xəstəliklər yaradır. Siqaretin yaratdığı ən ağır xəstəlikdən biri də xərçəngdir. Bundan başqa siqaret yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir, ümumi iş qabiliyyətini və fəalliyyəti azaldır, görmə qabiliyyətini çətinləşdirir, ağız boşluğunda pis qoxu yaradır.
Sonda şagirdlərlə mövzuya uyğun məşğələ keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.