“20 yanvar-Ümumxalq Hüzn günü”

Bu gün Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhramanlıq səhifəsi kimi daxil olmuş, Qanlı 20 Yanvar hadisələrindən 34 il keçir.

Məktəbin tarix müəllimi Məleykə Əliyeva “20 yanvar-Ümumxalq Hüzn günü”-nə həsr olunan dəyirmi masa keçirib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra müəllimə şagirdlərə 1990-cı ildə baş verən hadisələr və onların səbəblərindən bəhs edib. Qarşılıqlı diskussiya formatında keçirilən dəyirmi masada şagirdlərin də fikirləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, Məleykə müəllimənin qardaşı Muradov Mehman Əsəd oğlu 20 yanvar şəhididir.

Allah şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi