Yanvarın 20-ci günü......
“20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”-na əsasən yanvarın 19-u 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Universitetinin professoru Nuru Məmmədov, AMEA-nın professoru Rəna Mirzəyeva, YAP-nın Yasamal Rayon Təşkilatının fəal gəncləri Gülarə Mehdizadə və Səbinə Əsgərova iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən qonaqlar və məktəbin direktoru Tünzalə Zeynalova 20 Yanvarın Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi olduğunu qeyd edib, bu günün heç zaman unudulmayacağını, gələcək nəsillərin faciə qurbanlarının xatirəsini daim ehtiramla yad edəcəklərini bildiriblər.
Sonra isə şagirdlərin hazırladıqları videoçarxa tamaşa olunub. Şeirlər səsləndirilib səhnəcik nümayiş olunub, tar və kamançada muğamlar ifa edilib.
Sonda YAP-nın Yasamal Rayon Təşkilatının fəal gəncləri tərəfindən hazırlanan kompozisiya şagirdlərə təqdim olunub.