20 Yanvar – şanlı tariximiz
Yanvarın 18-i məktəbin hərbi rəhbəri Samir Daşdəmirov tərəfindən müxtəlif siniflərdə 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar “Dəyirmi masa” və “Seminar”-lar təşkil olunub.
Samir müəllim bildirib ki, “20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirib.”
Sonda şagirdlərin çıxışları dinlənilib və onlar “20 yanvar” hadisələrindən bəhs edən kitablarla tanış olub.