Gigiyena və düzgün qıdalanma sağlamlığın əsasıdır

Şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumi təhsil müəssisələrinə VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda göndərilən təlimata əsasən 8b və 8ğ siniflərində “Gigiyena və düzgün qıdalanma sağlamlığın əsasıdır” mövzusunda sinif təşkilat saatı keçirilib.

Çıxış edən məktəb psixoloqları bildiriblər ki, gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi, sağlam və savadlı vətəndaş kimi formalaşdırılması cəmiyyət olaraq qarşımızda duran ən vacib məsələlərdəndir. Sağlam qidalanma isə elə sağlam gələcəyin təməlidir. Onlar şagirdlərlə gigiyena barədə zəruri informasiyalarla bölüşüb, şəxsi və ümumi gigiyena qaydalarını izah ediblər. Bundan başqa ətraf mühitin insan sağlamlığına təsiri haqqında da danışılıb.

Sonda şagirdlərlə mövzuya uyğun məşğələ keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi