Bullinq
Son zamanlar təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri də şagirdlərin öz yoldaşları tərəfindən təzyiq və aqressiv davranışlara məruz qalmasıdır. Onlardan biri isə bullinqdir. Bu kimi halların qarşısının alınması məqsədilə yanvarın 9-u məktəbin psixoloqu Raidə İmanova 5g sinfi ilə “Bullinq” haqqında söhbət aparıb. İlk olaraq şagirdlər videoçarxa tamaşa edib. Daha sonra isə pixoloq şagirdlərlə Bullinq nədir?, Bullinqin növləri? və Bullinqlə üzləşərkən nə etmək lazımdır? sualları ətrafında müzakirələr aparıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.