“Dünya Azərbaycanlılarının Həmrəylik Günü”

Dekabrın 28-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənmsi ilə başlayıb.

Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan birinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Həmrəylik Günü və qarşıda gələn Yeni il münasibəti ilə hər kəsi təbrik edib, şagirdlərə həmrəy olmağı, həmrəy olaraq ölkəmizin inkişafında, müstəqilliyinin qorunmasında öz səylərini artırmağı arzulayıb.

Daha sonra şagirdlərin hazırladıqları “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”-nə həsr olunmuş video nümayiş olunub, musiqilər səsləndirilib. Şagirdlər müxtəlif musiqi alətlərində ifa edib və öz rəqsləri ilə tədbiri daha da maraqlı ediblər.

Sonda il ərzində keçirilən müsabiqələrdə yer tutan şagirdlər mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi