Həmrəylik Günü və Yeni il
31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu gün həm də Yeni ilin başlanğıcıdır.
Dekabrın 27-i məktəbin 7c sinfinin sinif rəhbəri Lalə Quliyeva öz şagirdləri ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirib. Tədbirdə 3c sinif şagirdləri və sinif rəhbəri Flora Mehdiyeva da iştirak edib.
Tədbiri çıxış sözü ilə məktəbin tarix müəllimi Şair Quliyev açıb. O, bildirib ki, SSRİ-nin süqutunun son dönəmində azərbaycanlıların Arazın hər iki sahilində yürüşü, tikanlı məftillərin qırılıb-dağılması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında birləşmək şüarı azərbaycanlıların bir millət olduğunu dünyaya nümayiş etdirib. Azərbaycanlıların ruhən birləşdiyi, xalqın birliyə, həmrəyliyə səs verdiyi o günü isə böyük azərbaycanlı Heydər Əliyev tarixə çevirib.
Daha sonra şagirdlərin hazırladıqları rəqslər nümayiş olunub, şeirlər səsləndirilib, musiqilər ifa olunub.