"İnsan alverinə qarşı mübarizə"
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”-nı rəhbər tutaraq İnsan alverinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində məktəbin psixoloqu Bənövşə Cabbarova və Raidə İmanova "İnsan alverinə qarşı mübarizə" mövzusunda seminar keçirib.
Seminarda Psixoloqlar İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı şagirdlərə ətraflı məlumat verib. "İnsan alveri" probleminin sosial psixoloji aspektlərinin öyrənilməsi səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı şagirdlərlə müzakirə aparıblar.