Şifahi xalq ədəbiyyatının öyrənilməsi
Dekabrın 22-də "Şifahi xalq ədəbiyyatının öyrənilməsi" mövzusunda rus bölməsinin şagirdlərinin təqdimatında ədəbi-bədii gecə keçirilib. Tədbirin girişində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova 2023- 2024- cü tədris ilində rus bölməsində Azərbaycan dilinin inkişaf etdirilməsinin prioritet istiqamətlərindən və tədbirin əhəmiyyətindən danışıb.
Ədəbi gecədə çıxış edən məktəbin rus bölməsinin şagirdləri xalq nəğmələri, aşıq şeirləri, qəzəllər, bayatılar, yanıltmaclar, sanamalar, atalar sözləri, qoşmalar kimi ədəbiyyatın əsas janrlarlarından seçmələr təqdim etmiş, "Dədə Qorqud" dastanının müxtəlif epizodlarında yer alan Dədə Qorqud, Burla Xatun kimi obrazları canlandırılıb. Məktəbin xor kollektivinin ifasında xalq mahnıları dinlənilib, "Yallı", "Uzundərə" kimi milli rəqslər təqdim olunub. Tədbir məktəbin müəllimi Aygün Mehdiyevanın ifa etdiyi xalq mahnıları ilə yekunlaşıb.