Gəncliyin ilk baharı

“Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində dekabrın 20-si məktəbin 9b sinfinin sinif rəhbəri Vəfa Süleymanova şagirdlərlə “Gəncliyin ilk baharı” mövzusunda məşğələ keçirib.

Məşğələnin əvvəlində şagirdləri –Keçən ilə nisbətən bu il siz özünüzdə və yaşıdlarınızda hansı dəyişikliklər görürsünüz? –Xarici görünüşdə hansı dəyişikliklər müşahidə edirsiniz? Bəs davranışda nə baş verir? –Sizcə, səbəb nədir? kimi suallar ətrafında fikirləşməyə dəvət edən müəllimə onlara yetişkənlik dövrünün əsas əlamətləri haqqında danışıb və suallar ətrafında müzakirələr aparılıb.

Bu yaş dövründə şagirdlərdə Psixoemosional sahədə baş verən dəyişikliklər haqqında isə məktəbin psixoloqu Bənövşə Cabbarova ətraflı məlumat verib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi