Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab müzakirəsi
Dekabrın 19-u məktəbin kitabxanasında ”Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab müzakirəsi” keçirilib.Tədbirdə kitabxana əməkdaşları Nigar Süleymanova, Nəzakət Abbasova, məktəbin tarix müəllimi Şair Quliyev də iştirak edib. Şair müəllim Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu qeyd edərək, onun həyatı və siyasi fəaliyyəti barədə ətraflı məlumat verdib. O qeyd edib ki, bu gün İlham Əliyev atasının siyasi xəttini davam etdirərək dünya lideri səviyyəsinə qalxıb.
Daha sonra şagirdlər Heydər Əliyev haqqında müxtəlif kitablardan əldə etdikləri məlumatları təqdim ediblər. 6a və 8b sinif şagirlərinin çıxışları maraqla qarşılanıb. Sonda 9d sinif şagirdləri “Sən elə bir zirvəsən” mahnısı ilə tədbirə rəng qatıb.