Vətənə həsr edilən ömür
Dekabrın 12-si bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Vətənə həsr edilən ömür” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova və tarix müəllimi Şair Quliyev tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində artıq reallıqdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə Qarabağı düşmən tapdağından azad etməsi Ulu Öndərin təməlini qoyduğu strategiyanın təntənəsidir.
Daha sonra Heydər Əliyevin həyat yoluna həsr olunmuş videoçarx nümayiş olunub, şagirdlərin çıxışları dinlənilib.