“Hər şey övladımız üçün”
Dekabrın 8-i Ailəm və məktəbim” layihəsi çərçivəsində Azərbaycan Psixologiya Akademiyasının rəhbəri Səbinə Cəbrayılova, peşəkar psixoloqlar Ezgi Şahin və Aybəniz Zamanova tərəfindən V-XI sinif şagirdlərinin valideynləri ilə “Yeniyetməlik böhranı”, “Davranış problemləri”, “Ünsiyyət pozuntuları” mövzusunda seminar keçirilib.
Seminarda cinsi inkişaf, qarşı cinsə olan maraq, davranış pozuntusunun əlamətləri, yeniyetməlik dövründən başlayan davranış pozuntuları, ünsiyyət pozuntuları, şagirdlərdə aqressiya, stress, zərərli vərdişlər haqqında məlumat verilib və bu problemin həll üsulları olan “Həll mərkəzli yanaşma”, “Narahatlıq nərdivanı” , “Yaşam çarxı” haqqında danışılıb.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq tövsiyyələr verilib.