Qardaş məktəblərin növbəti görüşü
Dekabrın 7-də OCEP layihəsi çərçivəsində Özbəkistan Respublikasının Daşkənd şəhərinin Al - Beruni beynəlxalq məktəbinin bir qrup müəllim və şagird heyəti növbəti dəfə məktəbə səfər edib.
Səfərdə Özbəkistan Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər şöbəsinin baş mütəxəssisi Nilufər Obaydullayeva, Science müəllimləri-Günel Həsənova, Şerzod Abruyev, Fatima Mannopova, 4 valideyn, 15 şagird, o cümlədən MOK-nun beynəlxalq proqramlar şöbəsinin əməkdaşı Ruslan Məmmədov, layihə koordinatoru Namiq Cəfərov, PTİM - də layihələr üzrə menecer, habelə bir müddət Al-Beruni məktəbində direktor kimi fəaliyyət göstərmiş Məhəmməd Nağıyev və məktəbin kollektivi iştirak edib.
Qonaqlar məktəb heyəti tərəfindən qarşılanıb, məktəbin infrastrukturu ilə tanış edilib. Hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra çıxış edən Bakı şəhər 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova layihə haqqında məlumat verərək layihənin gələcək planlarından danışıb. Çıxışlardan sonra qonaqlara simvolik hədiyyələr təqdim edilib.
Görülmüş işlərlə bağlı video-çarxlar nümayiş edilib və şagirdlərin ifasında özbək rəqsi təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.