Təbiəti qoruyanlar

“Təbiəti qoruyanlar” layihəsi çərçivəsində məktəbin UBTR-i Sevinc Əmiraslanova 5a sinfində seminar keçirib.

Seminarın keçirilməsində məqsəd şagirdlərin ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarət olub.

Maarifləndirici seminarda şagirdlərə təbiəti qorumağın vacibliyi, təbiətin çirklənməsinin sağlamlığımıza və həyatımıza vura biləcəyi zərərlər haqqında məlumat verilib. Bundan başqa məişət tullantılarının da ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri, onların toplanılması, daşınması, utilizasiyası və təkrar emalı imkanları, bərk məişət tullantılarının idarə edilməsində qabaqcıl təcrübənin və mütərəqqi texnologiyaların tətbiqi hesabına idarəetmənin səmərəliliyin artırılması yollarından geniş bəhs edib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi