Ümumdünya QİÇS-lə Mübarizə Günü

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Məktəbin Biologiya müəllimi Şamama Nəcəfli şagirdləri “Ümumdünya QİÇS-lə Mübarizə Günü” haqqında məlumatlandırmaq və İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə tədbir keçirib.

Tədbirdə məktəbin direktoru Tünzalə Zeynalova, psixoloqu Raidə İmanova iştirak edib.

Çıxış edən müəllimə QİÇS pandemiyasının dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olduğunu və bu xəstəliyin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirib. Bundan başqa şagirdlərlə Narkomaniya və zərərli vərdişlər mövzusunda da məlumat verilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi