Gender əsaslı zorakılıqla mübarizə
Noyabrın 29-u məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimat Əliyeva, psixoloq Raidə İmanova, UBTR Sevinc Əmiraslanova və məktəbin müəllimi Nərgiz Ələkbərovanın iştirakı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib.
Raidə İmanova çıxışında bildirib ki, erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli daim dövlətin diqqət mərkəzindədir. Gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.