Azərbaycan–Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramı

"İslahatçı Gənclər” İctimai Birliyi, "Edu Time” Təhsil və İnkişaf Mərkəzi və "Peak Network"un təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramı baş tutub. Təcrübə Proqramında ali və orta məktəb nümayəndələri ilə yanaşı 53 №-li tam orta məktəbin rus bölməsinin Azərbaycan dili (Dövlət dili) müəllimi Könül Aslanova və İbtidai sinif müəllimi Fidan Həsənzadə iştirak edib.

16-20 noyabr tarixlərində keçirilən proqram Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunu ziyarətlə başlayıb.

Heyəti qəbul edən baş konsul Nərminə Mustafayeva bildirib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində əməkdaşlıq ən yüksək səviyyədədir.

Proqram çərçivəsində müəllimlər Türkiyənin ən nüfuzlu universitetlərindən olan İstanbul Aydın Universiteti, Haliç Universiteti və Üsküdar Universitetini, o cümlədən “Bil Məktəbləri”ni ziyarət edib, İstanbul Aydın Univetsitetinin Qəyyumlar Şurasının sədri Mustafa Aydın, Üsküdar Universitetinin rektoru Nazifə Güngör və Haliç Universitetinin baş katibi Burak Başkan ilə görüşüb. Görüşlərdə qarşılıqlı ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub, perspektivlər qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi