Kəlbəcər Şəhəri Günü
Bu gün 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Məktəbin 5g sinfinin sinif rəhbəri Könül Aslanovanın təşkilatçılığı ilə “Kəlbəcər Şəhəri Günü”-nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Respublikanın Dövlət Himninin səslənməsi ilə başlayıb. İlk öncə çıxış edən Könül müəllimə bildirib ki, Kəlbəcər 27 illik işğaldan sonra azad olunub. Kəlbəcər Azərbaycanın füsunkar bölgələrindən biridir. Sərvətlərini talayan, daşı-daş üstündə qoymayan mənfur düşməndən azad olunan bu yurd hazırda daha da gözəlləşir, inkişaf edir.
Daha sonra şagirdlərə Kəlbəcərdə aparılan abadlıq, quruculuq işləri və şəhərin gələcəkdəki görünüşünü əks etdirən videogörüntülər təqdim olunub.
Məktəbin tarix müəllimi Şəms Əliyeva öz çıxışında Kəlbəcərin azad edilməsinin Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyinin, sərkərdəlik qabiliyyətinin və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlarının nəticəsində mümkün olduğunu qeyd edib.
Sonda şagirdlərin Kəlbəcər haqqında müxtəlif dillərdə hazırladıqları təqdimatlar dnlənilib, tədbir zamanı çəkdikləri rəsmlər, hazırladıqları əl işləri nümayiş etdirilib.