Narkomaniya ümumbəşəri bəladır
"Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2023-2024-cü tədris ili üçün Tədbirlər Planı"-nına əsasən noyabrın 22-si "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yasamal RPİ-nin polis polkovniki Cəmil Əmirov, Yasamal Rayon İcra Hakimiyyətinin müavini, “Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafisi komissiyası”-nın sədri Təravət Muradova, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin rəisi polis polkovnik leytinantı Hüseyn İmanov, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis mayoru Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev, Yasamal Rayon İcra Hakimiyyətinin “Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafisi komissiyası”-nın məsul şəxsi Emin Babayev, Narkoloji Dispanserin həkimi narkoloq Fidan Ataxanlı və Yasamal Rayon Polis İdarəsinin digər əməkdaşları iştirak edib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış edən tədbir iştirakçıları bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri isə maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın müstəsna rolu vardır. Bununla bərabər, məktəblərdə geniş maarifləndirmə işinin aparılması şagirdlər arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə həyata keçirilir, görülən tədbirlər onlar tərəfindən çox ciddi qəbul olunur və onlarda narkotiklərdən uzaq durma mövqeyini formalaşdırılması ilə nəticələnir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.