Fövqəladə Hallar zamanı davranış qaydaları
Noyabrın 21-i məktəbin hərbi rəhbəri Samir Daşdəmirov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə uşaq və gənclərin fövqəladə hallar zamanı (suda boğulma, yanğın, dəm qazı təhlükəsi) davranış qaydalarına aid məktəbə təqdim etdiyi maarifləndirici videorolikləri X sinif şagirdlərinə nümayiş etdirib və mövzu ətrafında söhbət aparıb.
Qeyd edək ki, Fövqəladə Hallar zamanı davranış qaydaları haqqında söhbətlərin aparılması və maarifləndirici videoroliklərin nümayişinin ay boyu davam etdirilməsi nəzərdə tutulub.