Ağdam şəhəri günü
Məktəbin 5ç sinfinin sinif rəhbəri Afət Bünyatova “Ağdam şəhəri günü”-nə həsr olunmuş sinif təşkilat saatı keçirib.
İlk öncə müəllimə şagirdlərə Ağdam şəhəri haqqında məlumat verib, bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu akta əsasən noyabrın 20-dək erməni silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisini tərk etməyə məcbur oldu. Noyabrın 20-də isə müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciət etdi. Azərbaycan Ordusu itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğaldan azad edilən ərazilərinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycan bayrağı dalğalanmağa başladı.
Sonra isə şagirdlər şeirlər səsləndirib və onların hazırladığı təqdimatlar dinlənilib.