Pedaqoji şura -2
Noyabrın 20-si növbəti pedaqoji şura iclası keçirilib.
İclasda geniş məruzə ilə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova 2023/2024 cü tədris ilinin hədəflərini, məqsədlərini, IX siniflərdə təlim nəaliyyətlərinin yaxşılaşdırılması sahəsindəki görülən işləri,məktəblilərin respublika fənn olimpiadalarında uğurlu çıxışının təmin edilməsini, şagird davranış qaydalarının tətbiqinin davamlı olmasını, pilot layihələrin tətbiqini və fəaliyyət planından irəli gələn prioritet istiqamətləri müəllimlərin diqqətinə çatdırıb və müvafiq tapşırıqlar verib.
Daha sonra direktor müavinlərinin sinif jurnallarının, elektron jurnalın, illik və gündəlik planların düzgün işlənilməsi, şagird davranış qaydaları, Azərbaycan dilinin tədrisi vəziyyətinin təhlili haqqında məruzələri dinlənilib.
Sonda müəllimlərin fikirləri dinlənilərək müvafiq qərarlar qəbul edilib.