Asudə vaxtın səmərəli təşkili
Noyabrın 16-da məktəbin 6 “Ğ” sinfinin sinif rəhbəri Svetlana Yəhyayeva şagirdləri ilə I və II Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Hərbi Qənimətlər Parkını ziyarət edib.
Gəzintinin məqsədi şagirdlərin asudə vaxtının səmərəli təşkilindən, yetişməkdə olan gənc nəsli ölkəmizin, xalqımızın tarixi ilə tanış etmək və bu tarixin yazılmasında əvəzsiz rolu olan insanları tanıtmaqdan ibarət olub.
Əvvəlcə şagirdlər I Fəxri xiyabana gedərək müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarın önünə gül dəstələri qoyublar. Daha sonra şagirdlər II Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsini yad edib, şəhid məzarlarına gül dəstələri qoyublar. Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmək şagirdləri duyğulandırıb. Gəzintinin son ünvanı xalqımızın qürur ünvanı olan Hərbi Qənimətllər Parkı olub ki, burada şagirdlər 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olublar.