Milli Dirçəliş Günü

Uşaq hüquqları aylığı çərçivəsində noyabrın 15-i məktəbin Hərbi rəhbəri Samir Daşdəmirov VIII-XI sinif şagirdləri ilə “Müstəqilliyə gedən yol Milli Dirçəliş Günündən başlayır” mövzusunda söhbət aparıb.

Samir Daşdəmirov öz çıxışında bildirib ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan tarix boyu yadellilər tərəfindən hərbi təcavüzə məruz qalıb. Lakin 17 noyabr – “Milli Dirçəliş Günü” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisədir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Ümummilli Liderin sədrliyi ilə keçirilən bu sessiyanın qərarı ilə muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarılıb. Ölkəmiz ilk müstəqillik dövründə bir çox çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında tamamilə yeni mərhələ başlayıb. Dirçəliş Günü milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir.

Daha sonra şagirdlər “Milli Dirçəliş Günü”-nə həsr olunmuş video görüntülərə tamaşa edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi