Təhlükəsiz informasiya axtarışı

Noyabrın 14-ü Nataliya Əhədova IXa və IXğ sinif şagirdləri ilə “Təhlükəsiz informasiya axtarışı” mövzusunda dəyirmi masa keçirib.

Natalya müəllimə təhlükəsiz informasiya axtarışının insanları ciddi düşündürən problemlərdən biri olduğunu və hələ də sona qədər həll edilməmiş məsələ kimi qaldığını bildirib. Qeyd edib ki, insanları əhatə edən informasiya ehtiyatlarının həcmi artdıqca, onların arasından lazım olan məlumatların axtarılıb tapılması daha da çətinləşir

Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Qasımova, psixoloqu Bənövşə Cabbarova, UBTR Sevinc Əmiraslanova şagirdlərə informasiya ilə bağlı əsas anlayışlar, informasiya tələbatı, onun formalaşması mərhələləri və öyrənilməsi üsulları, eləcə də internetin informasiya ehtiyatları və xidmətləri barədə geniş məlumat verib.

İnformasiya axtarışının dəqiqlik, dolğunluq kimi əsas meyarları, modelləri, axtarışın effektivliyinin yüksəldilməsi üsulları, eləcə də internetin məşhur informasiya- axtarış sistemləri ilə bağlı mövzular haqqında şagirdlərin hazırladıqları təqdimatlar dinlənilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi