Mən və mənim əhatəm
Noyabrın 13-ü “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində məktəbin 8a sinfinin sinif rəhbəri Vəfa Əhmədova şagirdlərlə “Mən və mənim əhatəm” mövzusunda müzakirə aparıb.
Müzakirədə məktəbin psixoloqu Bənövşə Cabbarova, həkimi Dilrubə Hüseynova, tibb bacısı Eynurə Əsədzadə iştirak edib.
Çıxış edən Vəfa müəllimə bildirib ki, hər bir yeniyetmə yaxın dost arzulayır. Həm də elə bir dost ki, özü kimi ona yüz faiz etibar etsin və bu dost ona sadiq olsun. Bəs bu zaman nələrə diqqət etməliyik? Əhatəmizdəki insanları necə seçməliyik?
Daha sonra Yeniyetmə və dostluq, Dosta və dostluğa verilən tələblər, Yeniyetmə oğlan və qız arasında dostluq münasibətlərinin mahiyyəti haqqında diskussiyalar aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.