Mən və hüquqlarım

Uşaq hüquqları aylığı çərçivəsində məktəbin 3e sinfinin sinif rəhbəri Pərvinə Quliyeva “Mən və hüquqlarım” adlı sinif təşkilat saatı keçirib.

Müəllimə uşaq hüquqları haqqında Konvensiya, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər, təşkilatlar haqqında şagirdlərə məlumat verib. Bildirib ki, Uşaq Hüquqları Konvensiyası dünyanın hər yerində yaşayan uşaqların hüquqlarını qanuni şəkildə təmin edir. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və siyasi hüquqlara malik olmasını vurğulayır. Bütün hüquqlar 4 əsas kateqoriyaya bölünür: İnkişaf hüququ, Müdafiə hüququ, İştirak hüququ, Yaşamaq hüququ.

Sonra söz şagirdlərə verilib. Onlarda öz növbəsində bu mövzuda etdikləri araşdırmaları təqdim edib, öz hüquq və vəzifələrindən danışıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi