“Bizim hüquq və vəzifələrimiz”-rəsm müsabiqəsi
Uşaq hüqüqları aylığı çərçıvəsində 20 oktyabr- 5 noyabr tarixilərində şagirdlər arasında “Bizim hüquq və vəzifələrimiz” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi uşaqlara hüquqlarını izah etmək, bu sahədə şagirdlərin maarifləndirilməsinə nail olmaqdan ibarət olub.
Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçilib:
1.Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;
2.Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.
Məktəbin direktoru Tünzalə Zeynalova, Yasamal RPİ-nin 28-ci PŞ-nin YYÇ işləri üzrə inspektoru polis mayoru Əşrəf Məmmədov, polis kapitanı Ceyhun Şahverdiyev və rəsm müəllimi Aygün Mehdiyevanın rəyləri əsasında qaliblər müəyyən olunub.
8b sinif şagirdi Rəmziyyə Məmmədli, 7c sinif şagirdi Hüseynli Zəhra, 8q sinif şagirdi Bahar Bəşarətnia fərqləndiyinə, 8d sinif şagirdi Hüseynova Fərəhnaz III yerə, 7d sinif şagirdi Həşimova Dəniz II yerə, 6e sinif şagirdi Məmmədov Tural və 10b sinif şagirdi Ağaməmmədova Zeynəb isə I yerə layiq görülüb.
Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik!